Sayfalar

4/10/2012

YAYLA ŞORBASI ( Türk Mətbəxti )

 Evdar izləyicilərinə bu gün dəyişik bir tərifimiz var.  Türk mətbəxtinin Azərbaycan dovgasına bənzəyən çorbası Yayla çorbası var bu gün menümüzdə. 
Dadı və hazırlanması bir az fərqli olan bu şorbanın tərifini rəsimli olarak sizə təqdim edirəm. Buyurun baxın, əgər xoşunuza gələrsə onda tezliklə mətbəxtin yolunu tutun...


Ərzaq: 

 

  • 1/2 stəkan yumru düyü ( yarım stəkan)

  • 2 stəkan qatıq

  • 1 yemek qaşığı un

  • 1 yumurta

  • 2 yemek qaşığı duru yağ (və ya kərə yağı)

  • duz

  • nanə




Hazırlanması:

  • Düyünü yuyub üstünə 2 litr su əlavə edib qaynamağa qoyuruq. 

  • Düyü 20 dəqiqə qaynayıb həlimlənir. 

  • Başqa bir qabda qatıq, yumurta və unu çalırıq.( şəkil 1)

  • Bu qarışımı qaynayan düyünün üstünə yavaş yavaş əlavə edirik və durmadan qarışdırırıq ki yumurtanın ağı və un isti suda bişib yumrulaşmasın.( şəkil 2)

  • Duzunu atırıq və 5-7 dəqiqə qaynadırıq, sonra  ayrı bir qabda yağı azca qızdırırıq üzərinə nanə töküb bir az qovururuq (cox olmaz) ( şəkil 3)

  •  Yagda qovrulmuş naneni  bişən qatıqlı şorbanın üzərinə əlavə edib, altını söndürürük. (şəkil 4)

  •  Artıq yayla şorbası hazırdır.


NUŞ OLSUN!

3/17/2012

İÇİ QOZLU TATLI ( TÜRK MƏTBƏXTİ )


 Ərzaq:
  22 ədəd, şəkildə gördüyünüz formada qurabiyə hazırlamak olur bu xəmirdən.


  • Yarım su stəkanı süd
  • 1 yumurta
  • 200 qr yumusaq marqarin ( otaq tempraturunda əridilmiş)
  • 3,5 su stəkanı
  • 1 paket qabartma tozu
  • 1 az duz

İçi üçün:



  • 1,5 su stəkanı çekilmiş qoz (fındıq, badam)
  • 1 çay qaşığı darçın

Şərbəti üçün:


  • 4 su stəkanı su
  • 4 su stəkanı şəkər
  • Yarım limonun suyu

Hazırlanması:



  • Əvvəlcə şəkər və suyu bir qazanda qaynadın. Qaynadıqdan sonra altını söndürün və yarım limon suyunu içinə qatın və qarışdırın. 
  • Xəmirin bütün ərzağını bir qabda qarışdırıb, orta yumuşaqlıqda xəmir yoğururuq. Xəmir 10 dəqiqə dinlənir. 
  •  Sonra qozdan bir az böyük kündələr qoparıb ovcunuzda  kişik kündə əldə edirik.
  • Çəkilmiş qoz və darcını qarışdırırıq və bu qarışımdan bir cay qaşıgı ovcumuzda açdığımız xəmirin arasına qoyub bükürük və tərs cevirib tavaya düzürük. 
  • Tavanı yağlamağa ehtiyac yoxdur. 
  • Xəmir bitənədək eyni şəkildə davam edirik, sonra əvvəlcədən isidilmiş sobadaüstü bir az qızarana qədər bişiririk.
  • Bişirdikdən sonar sıx sıx başqa tavaya və ya bir qaba düzürük. İlıq şərbəti sobadan çıxardığımız tatlının üzərinə tökürük.
  • 5 dəqiqə sonar tatlıların üst tərəfi də şərbəti yaxşı çəkməsi üçün bir bir tərs ceviririk. 
  • 10 dəqiqə sonra yenidən alt tərəfini çeviririk. Bu vəziyyətdə 2 saat gözlədirik ki, şərbətini yaxşıca çəksin. Sonra üstünə kakos töküb servis edirik.
Tərifi yemək günlüyündən aldım. Adres

NUŞ OLSUN!

2/27/2012

QARIŞIK SALAT



Qış aylarının en ləzzətli salatı.
Əgər yay aylarında da bu ərzaqları tapabilsək, bu salat yaz və yay aylarında da ləzzətli olur.
Fərqi yoxdur ləzzət ləzzətdir..))
Bu salatın ərzaq miqdarını siz özünüz seçin. Belə ki əgər yerkökünün ve ya kahının çox olmagın istəyirsiniz, onda onlardan çox qatın qırmızı kələmi azaldın.
Duzunu, yagını və eləcədə limon suyunu da siz öz agız dadına göre azaldıbş artırın. 


 

Ərzaq:

  • Qırmızı kələm
  • Kahı
  • Yerkökü
  • Duz 
  • Limon suyu
  • Qargıdalı və ya günəbaxan yagı.

Hazırlanması:

  • Qırmızı kələmi, kahını ince ince dograyırıq.
  • Yerkökünün qabuqların soyub rəndənin iri dişli tərəfində çəkirik.
  • Duz, duru yag əlavə edirik.
  • Limon suyunu sıxıb qarışdırırıq.

Not:  Salata duz, yag və limon suyunu salatı yemeye başlamazdan 3-4 deqiqə əvvəl əlavə edib qarışdırın. Daha əvvəldən əlavə etsəniz onda salat sulanacak, kahı və qırmızı kələmin yarpaqları büzüşəcək.
Nuş olsun !!
 

2/14/2012

Ürək şəkilli qurabiye..


Sevgi seven mərd olar, sevmeyen namərd olar. Sevəsın ayrılasan bax bu yaman dərt olar..))
Yaradılanı yaradandan ötrü sevmək..
Sevgi evince gözeldir..
Sevgi aglaya bilməkdir..
Sevgi sevinmək demekdir..
Sevgi övladlarını doya doya qucaqlamak deməkdir.
Sevgi ilk baxışda gözlerin dediyini oxuya biləkdir..
Sevgi fədakarlıq demekdir..
Sevgi sevgini bütün qəlblərə əsk etdirmık deməkdir..


Sevdigim əzizlərimin sevgi günü mübarek olsun.. Bu gözəl qurabiyler size məndən kiçik hədiyye olsun...



Ərzaq:

  • 120 gr margarin vəya kərə yagı
  • 1 ədəd yumurta
  • 5 yemək qaşıgı şəkər və ya pudra şəkəri ( siz hansini istəyirsəniz)
  • 1 paket qabartma tozu
  • 1 paket vanilya
  • 8 yemek qaşıgı un ( az olursa əlavə edə bilərsiniz)


Hazırlanması;

  • 120 gram otaq tempraturunda yumuşamış margaine un və qabartma tozu xariç bütün ərzagı yavaş yavaş əlavə edirik. 
  • Sonra unu ve qabartma tozunu yavaş yavaş əlavə edirik. Yumuşak xəmir əldə etməyə çalışırıq. Un az olarsa yenə də əlavə edə bilərsiniz. 
  • Hazır olan xəmir 5-10 dəqiqə  bir kənarda durur. 5-10 dəqiqə sonra xəmirdən orta böyüklükdə kündələr əıdə edip un səpilmiş taxta üstünde oxlava ilə açırıq. Xəmir yumuşak oldugu üçün açarkən diqqət edin dagəlmasın. Əlimizlə davamlı olarak üstünden basarak düzəldirik..  
  • Xəmiri çok nazik deyil bir az qalın açırık.
  • Acdıgımız xəmiri ürək şəkilində olan fiqurla kəsirik. Mən bir böyük bir balaca kəsdim bəzək üçün siz istəyirsənizsə hamısını böyük kəsin ve ya kiçin kəsin.
  • Əgər istəyirsəniz qurabiyənin üstündə kiçik oyuk açmagı, onda krem sıxma torbasının yumru ucu ilə sag üst tərəfdə kiçik oyuk açın. (Şəkildə oldugu kimi)

  • Sobanın listine yaglı falqa  kagızı səririk. Yaglı kagız yoxdursa, bir az duru yag sürtün.
  • Kesdiyimiz qurabiyləri taxtanın üstündən bıçagın kömeyi ilə yavaşca alıp yaglanmış listə yan yan düzürük. Qurabiyələri 200 dərəcə əvvəlcədən isidilmiş sobada ( dxovkada) 10-12 dəqiqə bişirin. 
  • Ag olacak şəkildə qalacak. Ag olmasından qorxmayın, bişmiş olacak.
  • Sobadan çıxarın əl vurmayın, soyusun. Sonra yavaşca, bıçaqla listdən alıb istədigimiz qaba düzürük..
  • Əgər oyuqlardan lent keçirmək istəsəniz oyuqları bışaqla bir az da oyarak genişlədə bilərsiniz..

Nuş Olsun!  .

2/07/2012

AY ÇÖRƏYİ


Aya bənzər ay kimi... 
"Evdə hazırlanan bukanın dadı, çöldən alınana bənzəmir" deyirdi hamı mənə uşaqlığımda. Ama mən bu sözə heç qulaq asmırdım ele hey dükkandan alınan bulkalarda qalırdı gözüm. Kim deyerdi ki nece il sonra hemin sözü məndə öz ovladlarıma deyecəm. 
Təmiz, ləzzətli, saglamlaq cəhəddəndə hər tərəfli olan bu bulkanı qızıma heç bəyəndirə bilmədim.. 
Səbəbi də budur içində quru kişmiş var.. 
Düzdür bizim balaca xanım heç ne yemir, hətta bəzən arada yoxlayıram görüm heç olmasa nəbzi atır ya yox,..
Hiss edəndəki ki, yavaş yavaş da olsa nəbzi atır sükür edirım ki, yaşayır...))
Uşaqlar yeməsədə biz yenə də hazırlayak... 
Ən azından gələcəkdə mənim kimi qədrimizi bilərlər..))








Ərzaq
:


  • 1 paket marqarin (otaq tempraturunda yumuşamış)
  • 1,5 2 su stəkanı pudra şəkəri
  • Yarım su stəkanı ilıq süd
  • 30 qr droj ya bir yemək qaşığı quru maya
  • Aldığı qədər unu
  • 2 yumurta sarısıstünə)


İçi üçün:


  • 2 su stəkanı cəkilmiş qoz
  • Yarım su stəkanı pudra şəkəri
  • 1 su stəkanı tumsuz quru üzüm
  • 1 çay qaşığı darçın
  • 1 yemək qaşığı süd
  • 2 ədəd Ülker kekstra keki ( kiçik paketlerlerde satılır olmasa da olar bunun evezine evde olan taxta pecenya, Ülker potibör pecenyası da qatmak olar) 

Hazırlanması:

Mayanı
ilıq südlə əridirik. 

Yumuşaq marqarin ilə pudra şəkərini əzin. 
Bir miqdar unu şəkərli marqarinin üzərinə tökün. Mayanı az az əlavə edin.
Aldığı qədər unu əlavə edərək yumuşaq bir xəmir əldə edin. Xəmirin üstünü örtüb isti bir yerdə mayalanmasını 1 saat gözləyirik. Bu xəmirin çox şişməsi lazım deyil.

Bir tərəfdə quru üzümü, qozu, darcını, süd, Ülker kekstra kekini  ve ya taxta pecenyayı  ovucumuzca ovalayıb qarışdırın.  Kekstra ve ya taxta pecenya südün ve quru üzümü, qozu berk tutması üçün yaxsı olur. 




Sonra xəmirdən kicik parcalar qoparıb eninə elipsi formasında əlimizlə açırıq, icinə bir çay qaşığı işdən qoyub ay şəklində bükürük.














Daha sonra üstünə yumurta sarısı sürtüb əvvəlcədən isdilədilmiş sobada üstü qızarana qədər bişirin.


NUŞ OLSUN!

1/31/2012

XAŞ XAŞLI DUZLU BULKA



Uşaqlıgımda nenemin bişirdiyi tendir çöreyini çox sevirdim.. Üstünə sərpilmiş xaş xaşın çöreye verdiyi ləzzət heç neylə əvəz olunmurdu. Hətta nənəm çörəyin üstünə sərmədən əvvəl kasadakı xaş xaşı ovuc ovuc yeyib bitirirdim. Sonrada başım dönərdi, üreyim bulanardı və mən bütün günü yatardım..
Yenə uşaqlıq illərimi xatırladım.. Ama indi xaş xaşı ovuc ovuc yemirem. Daha dogrusu yeye bilmirem.. Onun əvəzine xəmirə əlavə edib ləzzətli bulka hazırlayıram.
Hal hazırda bazarlarda satılırmı bilmirəm ama əvvələr rast gəlmişdim.. Bizə lazəm olan xaş xaş miqdarı sadəcə 4-5 yemek qasıgıdı..
Tərifi asan ve ləzzətlidir..

Xaş xaş şəkildə oldugu kimidir..



Ərzaq:
  • 2 yemeık qasıgı quru droj
  • yarım stəkan ilıq su
  • 1 yemək qaşığı şəkər ( nesok)
  • 2 çay qaşıgı duz
  • 1 st ilıq süd
  • 1st duru yag
  • 4 yemək qaşıgı xaş xaş ( quru toxum kimi satılır)
    2 yumurta ( birinin sarısı üstünə sürtmək üçün ayrılır)
  • 4 st un ( yavaş yavaş əlavə edin xəmir bərk olmamalıdır)


Hazırlanması:

  • İlıq suya droju ve şəkəri töküb qarışdırırıq. Stıkanı xəmir yoguracagımızdırin qabın içinə qoyuruq, üstüne başqa böyük bir qab örtürük ki droj qaranlıqda yaxşı köpüklensin, mayalansın..  
  • Qabaran drojun üstünə qalan ərzagı da əlavə edirik, ələ yapışmayan yumuşaq xəmir hazırlayırıq. 
  • Xəmirin üstünə naylon cıgara örtürük və ən az 1 saat isti yerdə mayalanması üstü saxlayırıq. 
  • 1 saat sonra mayalanmış xəmirdən 2 ədəd qoz büyüklüyündə parçalar qoparırıq və istədigimiz bulku şəkilini veririk.Saç hörməsi, yumru bulka, ya da uzun oxlavaya bənzər açırıq sonra xəmiri öz ətrafənda döndəririk. Hansı şıkili istəyirsəniz eləcədə hazırlayın, üstünə yumurta sarısı sürtün, yaglanmış soba listinə aralı olarak düzün, 200 dərəcədə üstü qızarana qədər bişirin. 
  • Nuş olsun!

1/30/2012

KAKAOLU İSLANMIŞ KEKS



Adına oxuyanda size bir az  geribe gele biler. Nece yeni islanmış keks. Ama inanın dadı o qeder gözeldir ki...
Qorxmayın, asan ve oldukca lezzetli keksi bişirirken hec de eziyyet çekmeyeceksizniz..
Ele ise buyurun terifi oxuyun ve sonra mekbextin yolunu tutun...




Ərzaq: 
  • 4 ədəd yumurta
  • 2 stəkan şəkər ( yeni pesok)
  • 1 stəkan yarım süt
  • 1 stəkan duru yag ( günəbaxan ve ya qargədalı)
  • 3 yemək qaşıgı kakao
  • 2 stəkan yarım un ( bəzən çok ola biler ona göre unu yavaş yavaş əlavə edin bəlkədə 2 stəkandan çox və ya az ola bilər))
  • 1 paket kabartma tozu
  • 1 paket vanilya



Hazırlanması : 


  1. Əvvəlcə süt, şəkər, duru yag və kakaonu birlikde mikserle ve ya qatıq çalanla çalırıq.
  2. Sonra bu çaldıgımız qarışımdan bir stəkan töküb bir kenara qoyuruk çünkü bu qarışımı en axırda keksin üstüne əlavə edəcəyik.
  3. Ayrı bir qabın içində yumurtaları çalırık. Sonra yumurtalar, yuxarıda hazırladıgımız qarışıma əlavə edirik.  
  4. Hamısını birlikte çırpırık. 
  5. Unu ələyirik ve vanilyanı da əlavə edirik.
  6. Yavaş yavaş qarıştırarak çox da duru olmayan xəmir əldə edirik.
  7. Yaglanmış keks qabına qarışımı tökürük. 
  8. 200 dərəcə əvvəlcədən isidilmiş sobada 20-25 dəqiqə sobanın qapagını heç açmadan bişiririk. 
  9. Sonra sobanı açırık diş çöpünu keksə batırıb, xəmir kimi olub olmadıgını yoxlayırıq. Əgər çöpün üzərində keksin xəmiri qalmırsa onda bişmiş demektir. Yox əgər keks hələdə xəmir kimidirsə onsa 5-10 dəqiqə daha sobada saxlayırıq. 
  10. Sonra keksi sobadan çıxarırıq, isti isiti daha əvvəl ayırdıgımız bir stəkan sütlü, şəkərli, duru yaglı, kakaolu qarışımı keksin üstünə yavaş yavaş qaşıqla gəzdiririk. İstəyirsinizsə keksi dilimləyin sonra bu qarışımı əlavə edin ki aralarına bu qarışım daha yaxşı yayılsın. Siz nece istəyirsıniz. 
  11. Qarışımı əlavə ettikdən sonra üstünə kakos sərpirik. 
  12. Buyurun keksimzi hazırdır.

Nuş olsun!


1/27/2012

Sadə Kartof Salatı



Bildiyimiz kartof.  Qış günlərində bəlkədə həftədə iki üç dəfə qazanda qaynadıb püre olarak yediyimiz kartofu salat olarak hazırlamak aglımıza gəlməz.
Elə isə aglımıza gəlsin istədim.  Sadə kartofu kaynattım, içinə bəzi göy göyərti və tərəvəz məhsullarından da əlavə ettim oldu ləzzəti salat.

Tərifi burda, ürəyiniz istəyirsə bişirmək sizdən asılıdır.
Ərzagı 3-4 nəfərlik olarak yazdım siz istərsəniz əgər azalda da bilərsiniz, çoxalda da bilərsiniz..
Ancak bunu da qeyd edim ki,  kartofdan başqa salata əlavə edilən ərzagı siz ne qədər istəyirsəniz o qədər əlavə edin. Məsələn: qırmızı kələmi çox istəyirsəniz onda salata qırmızı kələmi çox dograyın.. bunun kimi digər ərzaq üçün də bunu edə bilərsiniz.
Nuş Olsun!



Ərzaq:

  • 3 ədəd kartof
  • 2 yarpaq qırmızı kələm
  • 3 yarpaq kahı
  • 2 ədəd yerkökü
  • Kiçik 1 baş  brokoli  ( olmasa da olar istəyə görə)
  • 2 ədəd yaşıl sogan
  • yarım konserva qutusu qargıdalı
  • yarım ədəd limon
  • 3 yemekək kaşığı duru qargıdalı yagı
  • quru nanə
  • duz
  • qara istiot

Hazırlanması:

  • Kartofu qabuqlu olarak bişiririk.
  • Çox bişirməyin, bıçagın ucun ilə yoxlayın, əgər kartof yumuşaqdırsa qazın altını söndürün..
  • Kartofu isti sudan çıxarın ve bir kənarda soyusun.
  • Kartoflar soyuduqdan sonra qabuqlarını soyun ve 2 ədəd qənd böyüklüyündə dograyın.
  • Qırımız kılımi, kahını, soganı çox xırda olayacak şəkildə dograyın.
  • Yerkökünü süzgəçdən (tyorkadan) keçiririk.
  • Bütün ərzagı qarıştırırıq ama diqqət edirik kartoflar çox əzilməsin.
  • Sonra yarım ədəd limonu sıxıb suyunu salata əlavə edirik.
  • Duru yagı, duzu, istiotu da əlavə edib, yenidən qarıştırırıq.
  • Salatı 10 dəqiqə sonra yeyə bilərsiniz.
  • Bir daha Nuş olsun!

1/25/2012

KAKOSLU, QATILAŞTIRILMIŞ SÜTLÜ QURABİYE..




Bəzən ən cətin reseptləri bisirmək isteyirik..
Daha gözəl ve daha yaxşı göründüyünü düsünürük..
Əksine bəzən az ərzaqla en gözel dadları əldə etmək olur..
Necemi ? Bax belə..
Yanız sizden bir xahişim var reseptləri və şəkilləri icazəsiz almayın. Əgər aldıysanız onda heç olmasa hansı adresdən aldıgınızı yazın. Bu bir hakk məsələsidir. Əgər hakkın nə oldugunu bilirsənizsə...
Təşəkkür edirəm..




Ərzaq:

3 stəkan quru kakos tozu
1 konserva qutusu qatılaştırılmış süt ( yəni moloko)
yarım stəkan cəkillmiş qoz ləpəsi
1 paket vanilya


Hazırlanması: 

Bütün ərzagı birrliktə qarıştırırıq. Elimizle ve ya qaşıqla yaglı kagız serilmiş soba listine düzürük ( dıxovka listine).
Əvvəlcədən isidilmiş sobada ( dıxovkada) 10-12 deqiqe bişiririk.
Üstünün çox qızarmagını istəyirsənizsə bir az daha sobada qalsın. sonra çıxarın.
Nuş olsun.

1/19/2012

LOBYA ŞORBASI



Ərzaq
:

  • 300 qr yaşıl lobya
  • 1 böyük kartof
  • 1 pamidor
  • 1 çay qaşığı tomat
  • 1 ədəd soğan
  • 3-4 yemek qaşığı duru yağ ya 3 yemek qaşığı kərə yağı
  • 2 litr su
  • quru nanə
  • duz
  • istiot

Hazırlanması
:



  • Lobyaları təmizləyib, kiçik kiçik doğrayırıq. 
  • Lobyalari qaynayan suya töküb 30 dəqiqə bişiririk. Bir tərəfdə bir ədəd soğanı dograyıb qovururuq, rəndələnmiş pamidor bir çay qaşığı tomatı da əlavə edib, bir az bişiririk.  
  • Bunu qaynayan lobyanın üzərinə əlavə edirik.  
  • Sonra bir ədəd kartofu rəndənin bir az iri gözündən keçiririk, bunu da lobyanın üzərinə əlavə edirik.
  • Duzunu, istiotunu da töküb 10-15 dəqiqə qaynadırıq ocağın üstündən alıb bir kənara qoyarkən quru nanəni üzərinə gəzdiririk.

NUŞ OLSUN!

1/12/2012

PAMİDOR ŞORBASI




Süfrələrimizin en asan, ləzzətli şorbasıdır pamidor şorbası. Vaxtınız çox yoxdur, qonagınız gələcək ve sizə ən asan şorba tərifi lazımdır. Elə isə buyurun sizə tez hazırlanacak şorba tərifi.
Bu şorbanı qış aylarında pişirmək istəyirsinizsə o zaman pamidor yerine 2 yemək qaşıgı tamat istifadə edin. Mən yay ve qəş aylarənda da tamatla bişirirəm. Bəzən bir yemək qaşığı tamat, 1 ədəd də pamidor rəndələyirəm. Sizin üçün hansı asan gılirsə elədə ede bilərsiniz. 

Ərzaq:

(4 nəfərlik)

  • 3 ədəd pamidor 
  • 1 litr soyuq su
  •  1yemek qaşığı un
  • 2 yemek qaşığı duru yağ
  • 1 yemek qaşığı kərə yağı
  •  duz, qara istiot

Üstünə tökmək üçün:

rəndələnmiş holland pendiri (mən bunun əvəzinə yağda qızardılmış nanə tökürəm)

Hazırlanması:

Qazana duru yağı və kərə yağını qoyub, unu əlavə edin və az xodda 2-3 dəqiqə qovurun.  
Pamidoru rəndənin iri diş tərəfində rəndələyin.(Əğər tamatdan istifadə edirsinizsə unu qovurandan sonra tamatı və duzu əlavə edib onuda azca qovurun və suyu yavaş-yavaş əlavə edib mikserlə və ya qatıq acanla tez tez qarışdırın.) 
Qovrulmuş unun üzırinə rındılınmiş pamidoru əlavə edip 2-3 dəqiqə qarıştırırık. 
Sonra üstünə soyuq suyu əlavə edib, qatıq açan tellə tez tez qarışdırın.
1-2 dəqiqə qaynadıqdan sonra qazın üstündən alın, üzərinə rəndələnmiş holland pendirini və ya yağda qızdırılmış nanəni tökün.

NUŞ OLSUN!


1/09/2012

QIRMIZI MƏRCİ ŞORBASI ( Qırmızı Mərcimək Şorbası)

Azərbaycan metbexti qırmızı mercini  10 ildir taniyir desem yeqin ki yanilmis olmaram. Bundan 10 il evvel mercimek çorbası biçirmek istedigim zaman Migros marketlere getmek mecburiyetinde qalirdiq. İndi ise her marketde ve bütün bazarlardan almak mümkündür. 

Ele ise vaxt itirmeyin. Şorbanın terifini de bilirsiniz. Yaxınlıqdakı marketden mercimek alıp bişirin ve belece metbextinize yenilik de qatın.

 
Ərzaq:

1 su stəkanı qırmızı mərci

 1 ədəd yerkökü

1,5 litir soyuq su

2 yemək qaşığı kərə yağı

1 yemək qaşığı un

1 ədəd soğan

Hazırlanması:

Bir ədəd soğanı yağda qovurun. 

Sonra unu əlavə edib soğanla birlikdə qarışdırın. 

Təmizlənib yuyulmuş mərcini və kiçik kiçik doğranmış yerkökünü əlavə edirik. Mərci və yerkökü yumuşalıb əzilənə qədər bişiririk. 

Sonra bunu aşsüzəndən keçiririk. Üstdə qalan qatı hissəni də qaşıqla əzərək aşsüzəndən keçiririk. 

Hamısını keçirməsəniz əziyyət çəkməyin bir az əzildi bəsdir,qatı hissəni və süzdüyümüz sulu hissəni də təkrar qazana tökürük və 10 dəqiqə qaynadırıq. 

Artıq mərcimək şorbası hazırdır. Üzərinə nanə və istiot əlavə edə bilərsiniz. Bu şorbanı yeyərkən limon sıxaraq yesəniz daha da ləzzətli olacaq. 

Tərifi şexsime aid Mutfak Dili sitesinde de göre bilersiniz.

NUŞ OLSUN!

1/08/2012

MÜRƏBBƏLİ QURABİYƏ



Ərzaq:

  • 1 paket (200 qr) buğda nişastasi
  • 1 çay qaşığı darçın
  • 1 çay stəkanı( 50qr) un
  • 1çay stəkanı (100 qr) şəkər tozu
  • 115 qr marqarinYarım çay qaşığı qabartma tozu
  • 1 ədəd yumurta
  • bir iki damcı limon suyu
  • qırmızı murəbbə (çiyələk, vişnə, malina qırmızı olduqda görünüşü daha yaxşı olur.)
  • pudra şəkəri


Hazırlanması:



  • Nişasta, un, şəkər, qabartma tozu, yumurta, darçın, limon suyu və bir az yumuşadılmış marqarini bir qabda yoğurun.
  • Bu xəmiri 2 mm (yarım barmaq qalınlığında yayırıq. 
  • Muxtəlif formalarda olan qəliblərdən birisi ilə eyni sayda kəsin və sonra da eyni qəlibin kicik formasıyla ortasini kəsin.
  • Pəncərə formasında olsun.
  • Yağlı kağız sərilmiş tavaya düzürük, əvvəlcədən isidilmiş sobada 15 dəqiqə bişiririk. Soyuduqdan sonra, iki formada kəsilmiş qurabiyələrin arasına mürəbbə sürtüb bir birinə yapışdırırıq. Üzərinə pudra şəkəri səpirik. Axırda ortasına da bir cay qaşığı mürəbbə qoyulur. (mürəbbənin dənlərini də qoya bilərsiniz)

NUŞ OLSUN!

1/03/2012

ALMALI KEKS




 Ərzaq:

3 yumurta
1 su stəkanı şəkər
125 qr əridilmiş marqarin
1 finca qatıq (təxmini 3 yemək qaşığı)
1 paket qabartma tozu
1 çay qaşığı darçın
2 su stəkanı un
3 ədəd alma











Hazırlanması:


  • Bütün ərzağı birlikdə mikserlə cırpılır. 30 sm böyüklükdə yağlanmış tavaya tökülür. 
  • Almanın qabuqlarını soyuruq ortasındakı tumlu hissəsini alma oyacağı ilə oyub çıxarırıq. Əğər o yoxdursa onda bıçaqla yavaşca ortasını kəsib çıxarırıq. 
  • Eyniylə badımcan bibər pamidor dolmasında badımcanın ortadakı tumlu hissəsini kəsib çıxardığımız kimi almanın da tumlu hissəsinin oyub çıxarırıq. 
  • Sonra halqa halqa kəsib tavaya tökdüyümüz keks xəmirinin üzərinə düzürük.
  •  Sobada 40-45 dəqiqə bişiririk.  
  • Soyuduqdan sonra stəkanla kəsirik. Bu tərifi www.yemekzevki.blogspot.com saytından aldım.