Sayfalar

3/04/2010

BADIMCAN KATLET





Bu yemeyin yanında plov (amma azərbaycan plovu deyil sade bişirilmiş plov) olduqda daha ləzzətli olur.


Ərzaq:

Katlet üçün:


300 qr çəkilmiş ət
1 yumurta
1 ədəd quru sogan
1-2 dilim boyat çörək (isladılıb, suyu sıxılmış)
1/2 çəfəri (dogranmış)
duz, istiot

2-3 ədəd badımcan
1 ədəd pamidor
2 ədəd bibər

Sosu üçün:
2 ədəd pamidor
1 çay qaşığı tamat
keklikotu, su

Hazırlanması:

Katlet üçün lazım olan ərzağı bir qabda qarışdırılır və 10-15 dəqiqə yaxşıca yoğrulur. 1-2 saat soyuducuda saxlanır. Badımcanlar ala-ala soyulur, uzun-uzun dilimlənir. üstünə duz səpilir və acısı cıxarılır. Yuyulur və təmiz bir dəsmalla qurulanır (sulu qızardılsa olmaz). Bol yağda qızardılır. Qızarılan badımcan dilimləri salfetkanin üzərinə qoyulur ki, yagını cəksin. Katlet qarışımından badımcanların sayisi qədər katlet d?zəldilir və qızardılır. Hər bir badımcan diliminin üzərinə bir katlet qoyulur və xalca durmələdiyimiz kimi bükülür, axıra qalan hissəsi altda qalacaq şəkildə tavaya qoyulur. üzərinə bibər dilimi, sonra pamidordan kəsdiyimiz dilimlər qoyulur və diş cöpü ilə tutdurulur. Rəndələnmiş pamidor,tamat, kəklikotu və su ilə hazırlanmış sosu üzərinə əlavə edib, 160-170 C də əvvəlcədən isidilmiş sobada bişirilir. (vaxti siz təyin edin, çünkü hər kəsin öz zövqü başqadır. Bəziləri çox qızardılmış istəyir bəzilər isə az.)

NUŞ OLSUN!

ŞƏKƏRPARƏ


Ərzaq
:

  • 1 paket marqarin
  • 1 su stəkanı pudra şəkəri
  • 4 yemək qaşığı mannı
  • 2 yemək qaşığı kakos
  • 2 yumurta
  • yarım portagal kabugu rəndəsi ( rəndə ilə rəndələyirik)
  • 4 su stəkanı un
  • 1 paket qabartma tozu
  • 1 paket vanel

şərbəti
üçün:


  • 3 su stəkanı şəkər4 su stəkanı su
  • yarım limonun suyu

üzərinə
:

  • təmizlənmiş fındıq dənəsi

Hazırlanması
:


  • 1 paket yumuşaq marqarin geri qalan ərzağı birlikdə qarışdıraraq yumuşaq xəmir əldə edirik. (unu yavaş yavaş əlavə edin, birdən xəmir bərk olar çarəsiz vəziyyətdə qalmayasınız). 
  • Xəmirdən az az alıb yumurtadan bir az böyük kundə şəkilində yuvarlayırıq.
  • Bir az əlimizlə yastı şəkilə salırıq.  
  • Tavaya düzürük üstünə fındıq ləpəsi batırırıq (paxlavada olduğu kimi).
  • Əvvəlcədən isidilmiş sobada (dxovkada bir az qızarana qədər bişiririk
  • Çox bişməsin ki, quruyar şərbəti özünə çəkməsi heç asan olmaz.

Şərbətin
hazırlanması:


  • 3 su stəkanı şəkəri 4 su stəkanı suyu qazanda qaynadırıq. 
  •  Qaynadıqdan 5 dəqiqə sonra yarım limonun suyunu əlavə edib bir az daha qaynadırıq
  •  Altını söndürüb ilıq olmasınını gözləyirik
  •  Şəkərparələr bişdikdən sonra sobadan çıxarırıq 3 dəqiqə sonra ilıq şərbəti şəkərparələrin üzərinə gəzdiririk (fikir verin şəkərparələr isti şərbət isə ilıq olmalıdır).  
  • Tavanın üzərinə qapaq ya başqa bir tava çeviririk. 
  •  Bu şərbəti daha yaxşı çəkməsi üçündür. 
  • Yeyəcəyiniz zamana qədər açmayın.  
  • Tərifi www.portakalagaci.com saytından aldım.