Sayfalar

9/17/2011

GÜL ŞİRNİYATI




Ərzaq:
  • 1 su stəkanı duru yağ
  • 1 su stəkanı mannı
  • yarım su stəkanı qatıq
  • 1 su stəkanı mannı
  • 1 yumurta
  • yarım paket yumuşaldılmış marqarin
  • 1 paket qabartma tozu
  • 1 paket vanel
  • 1 yemek qaşığı sirkə
  • bir az duz
  • aldığı qədər un
  • üstünə düzmək üçün qoz və ya badam

Şərbəti:

  • 3 su stəkanı su
  • 2.5 su stəkanı şəkər
  • yarım limonun suyu


Hazırlanması:


  • Əvvəlcə şərbəti üçün lazım olan ərzağı qazana töküb qaynadırıq. Xəmiri un, qabartma tozu və vanel xaric qalan ərzağı töküb qarışdırırıq. 
  • Sonra unu, vaneli, qabartma tozunu da əlavə edib orta yumuşaqlıqda xəmir yoğururuq. Xəmiri 2 yerə bölürük. 
  • Bir hissəsini oxlovla 3-4 sm qalınlıqda yayırıq.


  • Balaca armudu stəkanla kəsirik. 
  • Kəsdiyimiz yumrulardan 5 dənəsini üst üstə düzürük. Tam üst üstə degil bir az yan yan düzsək daha yaxşı olar.


Sonra aşağı hissədən qatlayırıq. 




Qatladıqdan sonra ortadan ikiyə bölürük.




Gül şəkilli şirniyyat bişməyə hazırdır. 



  • Tavaya düzürük və sobada (dxovkada) azca qızarana qədər bişiririk. Sobadan çıxardıqdan sonra üstünə əvvəlcədən hazırladığımız şərbəti tökürük. əsas fikir vermək lazımdır ki, şərbət soyuq şirniyyat isti və ya şirniyyat isti şərbət soyuq olmalıdır.
  • Hər ikisi soyuq olarsa şirniyyat şərbəti özünə çəkməz və quru qalar.
  • Şirniyatın şərbəti özünə yaxşı çəkməsi üçün şərbəti tökdükdən sonra üstünə başqa bir tavayla və ya tam örtəcək şəkildə bir qabla örtmək lazımdır.