Sayfalar

2/20/2010

İKİ RƏNKLİ RƏVANİ




ƏRZAQ:


  • 3 ədəd yumurta
  • 1,5 çay stəkanı qatıq
  • 1 çay stəkanı şəkər
  • 1 çay stəkanı duru yağ
  • 3 çay stəkanı un
  • 3 çay stəkanı mannı
  • 2 paket qabartma tozu
  • 3 yemək qaşığı kakao
  • 3 yemək qaşığı kakos

Şərbəti:


  • 4 su stəkanı şəkər
  • 4 su stəkanı su
  • limonun suyu

Hazırlanması:



  • Əvvəlcə 4 su stəkanı səkəri və 4 stəkan suyu töküb şərbəti hazırlayaq. 
  • Sərbət qaynamağa başladıqdan 2 -3 dəqiqə sonra limon suyunu əlavə edib bir azda qaynadırıq sonra odda altını söndürüb soyuması gözləyirik. 
  • Bu müddət ərzində rəvaninin xəmirini hazırlayırıq. 
  • Yumurtaları şəkərlə ağarıb köpük olana qədər mikserlə və ya qatıq calanla cırpırıq. 
  • Qatığı və duru yağı əlavə edib qarışdırırıq. Unu, mannını və qabartma tozunu qatıb bir az qarışdırırıq.
  • Yağlanmış və dibinə şəkər səpilmiş tavaya qarışımı boşaldırıqş.
    Öncədən
    isidilmiş 200 c də və altı qızarana qədər bişiririk.  
  • Sobadan çıxardığımız tatlının üzərinə tökürük. 
  • Sonra şərbətini çəkib soyumuş tatlını bir stəkan köməyiylə yuvarlaq kəsirik. Kəsdiyimiz yerləri dağılmadan cıxarıb podnosa və ya servis tabağına düzürük. 
  • Kəsilmiş yerlərdən artıq qalan hissələri cəngəllə əzirik və kakaonu, kakosu əlavə edib qarışdırırıqş bu kakaolu qarışımı yuvarlaq kəsdiyimiz tatlıların hərəsinin üzərinə bir yemək qaşığı töküb yayırıq. 
  • Tatlıların üstünə findıq, qoz səpə və ya krem şanti ilə də bəzəyə bilərik. 
  • Bu tərifi www.tarifarsivleri.blogspot.com saytından aldım.

İÇLİ TATLI


Ərzaq:

(22 ədəd üçün)
Yarım su stəkanı süd
1 yumurta
200 qr yumusaq marqarin
3,5 su stəkanı
paket qabartma tozu
1 az duz

İçi üçün:

1,5 su stəkanı çekilmiş qoz (fındıq, badam)
1 çay qaşığı darçın

Şərbəti üçün:

4 su stəkanı su
4 su stəkanı şəkər
Yarım limonun suyu

Hazırlanması:

Əvvəlcə şəkər və suyu bir qazanda qaynadın. Qaynadıqdan sonar altını söndürün və yarım limon suyunu içinə qatın və qarışdırın. Xəmirin bütün ərzağını bir qabda qarışdırb orta yumuşaqlıqda xəmir yoğururuq. Xəmir 10 dəqiqə qalır. Qozdan bir az böyük kündələr qoparıb ovcunuzda ovursınız. Çəkilmiş qoz və darcını qarışdırırıq və bu qarışımdan bir cay qaşıgı ovcumuzda aşdığımız xəmirin arasına qoyub bükürük və tərs cevirib tavaya düzürük. Tavanı yağlamağa ehtiyac yoxdur. Xəmirin hamısın bu cür etdikdən sonar əvvəlcədən isidilmiş sobada az qızarana qədər bişiririk. Bişirdikdən sonar sıx sıx başqa tavaya və ya bir qaba düzürük. İlıq şərbəti sobadan çıxardığımız tatlını üzərinə tökürük.5 dəqiqə sonar tatlıları şərbəti yaxşı çəkməsi üçün bir bir tərs ceviririk. 10 dəqiqə sonar yenidən düz üzünü çeviririk. Bu vəziyyətdə 2 saat gözlədirik ki. Şərbətini yaxşıca çəksin. Sonra üstünə kakos töküb servis edirik.

Nuş Olsun !