Sayfalar

11/10/2011

QIRMIZI LOBYA YEMƏYİ


Ərzaq:?

1kq təzə qırmızı lobya
1 yemək qaşığı tomat
1 ədəd orta böyüklükdə kartof
1 ədəd böyük pamidor
1 ədəd yerkökü (istəyə görə)
2 ədəd soğan
1 diş sarımsaq
3 ədəd yaşıl bibər
duru yağ (istəyən kərə yağı da istifadə edə bilər)
duz, istiot
su



Hazırlanması:

Qırmızı lobyanı təmizləyirik, yuyuruq süzürük. Bibər, kartof, yerkökü, sarımsaq, soğanı xırda xırda dograyın. Bütün doğranmış ərzağı digər lazım olan ərzağı da əlavə edirik Üstünə su töküb ( 5-6 su stəkanı) qazın üstünə qoyub bişiririk. Qaynayana qədər orta xodda, qaynadıqdan sonra isə 35-40 dəqiqə az xodda bişir. İsti isti yeyilir.

Bu tərifi bu saytdan aldım Yemekgunlugu.


NUŞ OLSUN!

11/06/2011

YUXA DÜŞBƏRƏSİ

Ərzaq:

4 ədəd yuxa
300 qr çəkilmiş ət
1 ədəd soğan (böyük)
yarım stəkan duru yağ
yarım stəkan ayran
duz, istiot

Üzəri üçün:

sarımsaqlı qatıq,
kərə yağında qızardılmış nanə və qırmızı pul bibər





Hazırlanması:

Soğanı rəndələyirik və ya ət maşınından keşiririk. Ət,soğan, duz və istiotu qarışdırırıq. Bir ədəd yuxanı masanın üstünə səririk, üzərinə əlimizlə əvvəlcə ayran sonra duru yağ sürtürük. Ətdən bir az götürürük yuxanın bir tərəfindən düzürük. Sonra yuxanı oxlava kimi bükürük və 2 sm genişlikdə kəsirik.



Yağlanmış tavaya yan yana düzürük. Üzərinə duru yağ sürtüb 180-190 dərəcədə əvvəlcədən isidilmiş sobada (dxovkada) az qızarana qədər bişiririk. (balaça olduqları üçün tez bişir)
Sobadan çıxardıqdan sonra boşqaba qoyuruq və üzərinə sarımsaqlı qatıq və kərə yağında qızardılmış nanə və qırmızı pul bibəri töküb dadına baxırıq.
Tərifi mutfakguncesi.blogspot.com adresindən aldım.

NUŞ OLSUN !

YUVALAMA ( QOYUN ƏTLİ VE NOXUDLU YEMEK)

 


 

Ərzaq:


250 qr qoyun əti

7 stəkan su

250qr cekilmiş dana əti

1 fincan yumru düyü

yarım su stəkanı noxud

3 ədəd soğan

3 yemək qaşıq duru yağ

1 yumurta

1,5 su stəkanı qatıq

1 cay qaşığı quru nanə

yarım su bardağı nohut

1 cay qaşığı quru nanə

duz, istiot



Hazırlanması
:


Noxudu
axşamdan təmizləyib isladın. Düyünü təmizləyib isladırıq bir az da stəkanın arxası ilə əzirik. Çəkilmiş əti, xırdalanmış yumru düyünü çəkilmiş soğanı, duz, istiotu birlikdə katleti hazıladığımız kimi yoğururuq. Noxuddan bir az böyük kiftələr hazırlayırıq. Xırda doğranmış əti noxudu bişiririk birlikdə 7 su stəkanı suda, sonra bişən ətli noxudun üzərinə, hazırladığımız kiftələri əlavə edib bişiririk. Bir kasada qatığı yumurtanı yaxşıca qarışdırırıq. Şorbanın suyundan azca tökübü həll edin sonra yavaş yavaş şorbaya töküb qarışdırırıq. Sonra doğranmış soğanı yağda qovurun isrərsəniz östünə qırmızı bibər tökün. Şorbaya quru nanə səpdikdən sonra soğan qovurmasını da əlavə edin. Şorba bir az daha bişdikdən sonra altını söndürün. Tərifi www.lezzetportali.com adresindən aldım.


Nus Olsun !

NUŞ OLSUN!