Sayfalar

11/06/2011

YUXA DÜŞBƏRƏSİ

Ərzaq:

4 ədəd yuxa
300 qr çəkilmiş ət
1 ədəd soğan (böyük)
yarım stəkan duru yağ
yarım stəkan ayran
duz, istiot

Üzəri üçün:

sarımsaqlı qatıq,
kərə yağında qızardılmış nanə və qırmızı pul bibər





Hazırlanması:

Soğanı rəndələyirik və ya ət maşınından keşiririk. Ət,soğan, duz və istiotu qarışdırırıq. Bir ədəd yuxanı masanın üstünə səririk, üzərinə əlimizlə əvvəlcə ayran sonra duru yağ sürtürük. Ətdən bir az götürürük yuxanın bir tərəfindən düzürük. Sonra yuxanı oxlava kimi bükürük və 2 sm genişlikdə kəsirik.



Yağlanmış tavaya yan yana düzürük. Üzərinə duru yağ sürtüb 180-190 dərəcədə əvvəlcədən isidilmiş sobada (dxovkada) az qızarana qədər bişiririk. (balaça olduqları üçün tez bişir)
Sobadan çıxardıqdan sonra boşqaba qoyuruq və üzərinə sarımsaqlı qatıq və kərə yağında qızardılmış nanə və qırmızı pul bibəri töküb dadına baxırıq.
Tərifi mutfakguncesi.blogspot.com adresindən aldım.

NUŞ OLSUN !

2 yorum:

u.aydin dedi ki...

canim tekrar hayirli olsun.zaten var olan bir blogu bizden esirgedin ha.alacagin olsun.saka saka:)))sevgiler aybalam.

Adsız dedi ki...

Men bisirmisem bu yemeyi cox dadlidi. Esasda yemek yemiyen usaqlar ucun rahat yemek