Ərzaq:
- 1 paket marqarin
- 1 su stəkanı pudra şəkəri
- 4 yemək qaşığı mannı
- 2 yemək qaşığı kakos
- 2 yumurta
- yarım portagal kabugu rəndəsi ( rəndə ilə rəndələyirik)
- 4 su stəkanı un
- 1 paket qabartma tozu
- 1 paket vanel
şərbəti üçün:
- 3 su stəkanı şəkər4 su stəkanı su
- yarım limonun suyu
üzərinə:
- təmizlənmiş fındıq dənəsi
Hazırlanması:
- 1 paket yumuşaq marqarin və geri qalan ərzağı birlikdə qarışdıraraq yumuşaq xəmir əldə edirik. (unu yavaş yavaş əlavə edin, birdən xəmir bərk olar çarəsiz vəziyyətdə qalmayasınız).
- Xəmirdən az az alıb yumurtadan bir az böyük kundə şəkilində yuvarlayırıq.
- Bir az əlimizlə yastı şəkilə salırıq.
- Tavaya düzürük və üstünə fındıq ləpəsi batırırıq (paxlavada olduğu kimi).
- Əvvəlcədən isidilmiş sobada (dxovkada bir az qızarana qədər bişiririk.
- Çox bişməsin ki, quruyar şərbəti özünə çəkməsi heç də asan olmaz.
Şərbətin hazırlanması:
- 3 su stəkanı şəkəri və 4 su stəkanı suyu qazanda qaynadırıq.
- Qaynadıqdan 5 dəqiqə sonra yarım limonun suyunu əlavə edib bir az daha qaynadırıq.
- Altını söndürüb ilıq olmasınını gözləyirik.
- Şəkərparələr bişdikdən sonra sobadan çıxarırıq və 3 dəqiqə sonra ilıq şərbəti şəkərparələrin üzərinə gəzdiririk (fikir verin şəkərparələr isti şərbət isə ilıq olmalıdır).
- Tavanın üzərinə qapaq və ya başqa bir tava çeviririk.
- Bu şərbəti daha yaxşı çəkməsi üçündür.
- Yeyəcəyiniz zamana qədər də açmayın.
- Tərifi www.portakalagaci.com saytından aldım.
Hiç yorum yok:
Yorum Gönder