Sayfalar

11/10/2011

QIRMIZI LOBYA YEMƏYİ


Ərzaq:?

1kq təzə qırmızı lobya
1 yemək qaşığı tomat
1 ədəd orta böyüklükdə kartof
1 ədəd böyük pamidor
1 ədəd yerkökü (istəyə görə)
2 ədəd soğan
1 diş sarımsaq
3 ədəd yaşıl bibər
duru yağ (istəyən kərə yağı da istifadə edə bilər)
duz, istiot
su



Hazırlanması:

Qırmızı lobyanı təmizləyirik, yuyuruq süzürük. Bibər, kartof, yerkökü, sarımsaq, soğanı xırda xırda dograyın. Bütün doğranmış ərzağı digər lazım olan ərzağı da əlavə edirik Üstünə su töküb ( 5-6 su stəkanı) qazın üstünə qoyub bişiririk. Qaynayana qədər orta xodda, qaynadıqdan sonra isə 35-40 dəqiqə az xodda bişir. İsti isti yeyilir.

Bu tərifi bu saytdan aldım Yemekgunlugu.


NUŞ OLSUN!

11/06/2011

YUXA DÜŞBƏRƏSİ

Ərzaq:

4 ədəd yuxa
300 qr çəkilmiş ət
1 ədəd soğan (böyük)
yarım stəkan duru yağ
yarım stəkan ayran
duz, istiot

Üzəri üçün:

sarımsaqlı qatıq,
kərə yağında qızardılmış nanə və qırmızı pul bibər





Hazırlanması:

Soğanı rəndələyirik və ya ət maşınından keşiririk. Ət,soğan, duz və istiotu qarışdırırıq. Bir ədəd yuxanı masanın üstünə səririk, üzərinə əlimizlə əvvəlcə ayran sonra duru yağ sürtürük. Ətdən bir az götürürük yuxanın bir tərəfindən düzürük. Sonra yuxanı oxlava kimi bükürük və 2 sm genişlikdə kəsirik.



Yağlanmış tavaya yan yana düzürük. Üzərinə duru yağ sürtüb 180-190 dərəcədə əvvəlcədən isidilmiş sobada (dxovkada) az qızarana qədər bişiririk. (balaça olduqları üçün tez bişir)
Sobadan çıxardıqdan sonra boşqaba qoyuruq və üzərinə sarımsaqlı qatıq və kərə yağında qızardılmış nanə və qırmızı pul bibəri töküb dadına baxırıq.
Tərifi mutfakguncesi.blogspot.com adresindən aldım.

NUŞ OLSUN !

YUVALAMA ( QOYUN ƏTLİ VE NOXUDLU YEMEK)

 


 

Ərzaq:


250 qr qoyun əti

7 stəkan su

250qr cekilmiş dana əti

1 fincan yumru düyü

yarım su stəkanı noxud

3 ədəd soğan

3 yemək qaşıq duru yağ

1 yumurta

1,5 su stəkanı qatıq

1 cay qaşığı quru nanə

yarım su bardağı nohut

1 cay qaşığı quru nanə

duz, istiot



Hazırlanması
:


Noxudu
axşamdan təmizləyib isladın. Düyünü təmizləyib isladırıq bir az da stəkanın arxası ilə əzirik. Çəkilmiş əti, xırdalanmış yumru düyünü çəkilmiş soğanı, duz, istiotu birlikdə katleti hazıladığımız kimi yoğururuq. Noxuddan bir az böyük kiftələr hazırlayırıq. Xırda doğranmış əti noxudu bişiririk birlikdə 7 su stəkanı suda, sonra bişən ətli noxudun üzərinə, hazırladığımız kiftələri əlavə edib bişiririk. Bir kasada qatığı yumurtanı yaxşıca qarışdırırıq. Şorbanın suyundan azca tökübü həll edin sonra yavaş yavaş şorbaya töküb qarışdırırıq. Sonra doğranmış soğanı yağda qovurun isrərsəniz östünə qırmızı bibər tökün. Şorbaya quru nanə səpdikdən sonra soğan qovurmasını da əlavə edin. Şorba bir az daha bişdikdən sonra altını söndürün. Tərifi www.lezzetportali.com adresindən aldım.


Nus Olsun !

NUŞ OLSUN!

10/08/2011

QAYSILI QURABİYƏ




Ərzaq:

125 qr kərəyağı (və ya marqarin)
2 yemək qaşığı qaysı cemi
2 yemək qaşığı pudra şəkəri
1,5 yemək qaşığı kakos
1 ymurta (ağını üstünə sürtmək üçün ayırın)
1 çay qaşığı darçın
1 paket qabartma tozu
aldığı qədər un

Üstü üçün:

kakos


Hazırlanması:

Kərə yağı, qaysı cemi, pudra şəkəri, yumurta qarışdırılır. Darçın, kakos, qabartma tozu və aldığı qədər un ilə nə çox sərt, nə də çox yumuşaq olmayan xəmir yoğrulur. Qoz böyüklüyündə parçalar qoparıb əlimizdə yumurlayırıq, əvvəlcə yumurta ağına, sonra kakosa bulayıb (hər tərəfini deyil təkcə üst hissəsini) tavaya düzürük. 160 dərəcədə əvvəlcədən isidilmiş sobada (dxovkada) üstü az qızarana qədər bişirilir.

NUŞ OLSUN!

BULQUR PLOVU




Azərbaycan mətbəxtində bulqur o qədər də bilinən bir ərzaq deyil. Amma keçmiş insanlar bunun nə olduğunu bilirlər. Bir dəfə bunu mən aldım və evdəkilərə sizə bulqur aşı dəmləyəcəyəm dedikdə, bunun nə olduğunu bilmədilər, bunu yemək olarmı dedilər. Bişirdikdən sonra süfrəyə gətirdikdə təkcə nənəm mən bu yeməyi bilirəm. O vaxtlar müharibə zamanı biz bundan çox bişirib yeyərdik dedi və ona o illəri xatırlatdı. O vaxtalar buna buğda yarması deyirlərmiş. Bulqur bir az da qreckaya oxşayır. Dadı çox gözəldir.

Ərzaq: (4 nəfərlik)

1.5 su stəkanı iri bulqur
1 yemək qaşığı kərə yağı ( və ya 3 yemək qaşığı bitki yağı)
1-2 ədəd soğan
1 ədəd kiçik kartof
yarım yemək qaşığı tomat (yay mövsümündə pamidor rəndələyə bilərsiniz)
2.5 su stəkanı su
duz, istiot (istəyə görə qırmızı pul bulər də olar)

Hazırlanması:

Qazanda soğanları və xırda doğranmış kartofları yağda yaxşıca qovururuq.
Tomatı, bulquru və qırmızı pul bibəri də əlavə edib qovururuq. Sonra isti suyu və duzu töküb, suyunu çəkənə qədər bişiririk. Suyunu çəkdikdən sonra plovu taxta qaşıqla qarışdırırıq və üstünə düzəldirik. Qapağı ötülü vəziyyətdə 15-20 dəqiqə dəmlənir (dəmlənərkən altını söndürün öz buxarına dəmlənəcək) Sonra isti olaraq servis edilir.

NUŞ OLSUN!

9/17/2011

GÜL ŞİRNİYATI




Ərzaq:
  • 1 su stəkanı duru yağ
  • 1 su stəkanı mannı
  • yarım su stəkanı qatıq
  • 1 su stəkanı mannı
  • 1 yumurta
  • yarım paket yumuşaldılmış marqarin
  • 1 paket qabartma tozu
  • 1 paket vanel
  • 1 yemek qaşığı sirkə
  • bir az duz
  • aldığı qədər un
  • üstünə düzmək üçün qoz və ya badam

Şərbəti:

  • 3 su stəkanı su
  • 2.5 su stəkanı şəkər
  • yarım limonun suyu


Hazırlanması:


  • Əvvəlcə şərbəti üçün lazım olan ərzağı qazana töküb qaynadırıq. Xəmiri un, qabartma tozu və vanel xaric qalan ərzağı töküb qarışdırırıq. 
  • Sonra unu, vaneli, qabartma tozunu da əlavə edib orta yumuşaqlıqda xəmir yoğururuq. Xəmiri 2 yerə bölürük. 
  • Bir hissəsini oxlovla 3-4 sm qalınlıqda yayırıq.


  • Balaca armudu stəkanla kəsirik. 
  • Kəsdiyimiz yumrulardan 5 dənəsini üst üstə düzürük. Tam üst üstə degil bir az yan yan düzsək daha yaxşı olar.


Sonra aşağı hissədən qatlayırıq. 




Qatladıqdan sonra ortadan ikiyə bölürük.




Gül şəkilli şirniyyat bişməyə hazırdır. 



  • Tavaya düzürük və sobada (dxovkada) azca qızarana qədər bişiririk. Sobadan çıxardıqdan sonra üstünə əvvəlcədən hazırladığımız şərbəti tökürük. əsas fikir vermək lazımdır ki, şərbət soyuq şirniyyat isti və ya şirniyyat isti şərbət soyuq olmalıdır.
  • Hər ikisi soyuq olarsa şirniyyat şərbəti özünə çəkməz və quru qalar.
  • Şirniyatın şərbəti özünə yaxşı çəkməsi üçün şərbəti tökdükdən sonra üstünə başqa bir tavayla və ya tam örtəcək şəkildə bir qabla örtmək lazımdır.

8/19/2011

ETİMEK TATLISI


Görüntüsü və dadı ilə min ədəd dondurmaya dəyən bu şirniyatın
bişirdim zaman her kəs o qədər çox bəyəndi ki, her gələn qonağa demek olar ki bunu bişirməkdən zövq almaga başladəm. 

Xalamın qızının ad günündə tort əvəzinə mən bunu hazırladım, o ozü tortu hazır aldı. 
Əldə etdiyim məlumata görə torta baxan belə olmamış. Ondan sonra qərar verdim, evdə bişən yeməyin dadını heç nə vermir. Siz də hazırlayın əminəm ki, mənimlə eyni fikirdə olacaqsınız. Müvəffəqiyyətlər.

Unutmadan bir xəbərdarlıq:
Bu şirniyyat 4 künç qabda olur. Bir az da dərin olsa yaxşı olar. Çünkü şərbət və krem sürtərkən yanlara daşmasın. Bunu mən dxovkanın 4 künç tavasında edirəm. Amma o bir az böyük olduğu üçün 10 ədəd yerinə 20 ədəd etimek istifadə edirəm. İnanın bu qədər böyük görünməsinə baxmayın. Bunu bitirmək üçün sizə sadəcə 30 dəqiqə kifayətdir. Bu qədər tərifdən sonra inşallah yaxşı olar. Buyurun o məhşur şirniyatın tərifi.

Ərzaq:

10 ədəd duzsuz etimek
2 su stəkanı şəkər
3 su stəkanı su

Kremi üçün:
4 su stəkanı
4 təpələmə yemək qaşığı un
2 yemək qaşığı şəkər
2 paket vanel

Üstü üçün: 


1 su stəkanı süd (4 stəkandan əlavə)
1 paket krem şanti
kakos qoz

Hazırlanması:

Etimekləri tavaya yan yana düzürük.



3 su stəkanı suyu 2 su stəkanı şəkərlə qaynadırıq (Çox deyil qaynamağa başladıqdan 2 dəqiqə sonra altını söndürün). Qaynar halda etimeklərin üzərinə tökün.





Sonra 4 su stəkanı südü, unu, şəkəri bir birinə qarışdırıb krem halına gələnə qədər bişiririk. Bişirərəkən davamlı olaraq qarışdırın yoxsa un top top olar krem yaxşı olmaz. 



Kremin altını söndürdükdən sonra da durmadan 5-8 dəqiqə qarışdırın. Mikserlə də çala bilərsiniz. Kremi sərbətlə isladılmış etimeklərin üstünə töküb yayırıq.
 


Üstünə çəkəcəyimiz krem şantini də hazırlayırıq. 1 su stəkanı südlə, 1 paket krem şantini mikserlə qatı krem halına gələnə qədər çalırıq. Ən üst qatına da krem şantini çəkirik. Qozla və kakosla bəzəyirik. Bəzən darçın da səpirəm, bananda düzürəm. Əgər çiyələk mövsümüdürsə onu da kəsib düzə bilərsiniz.

NUŞ OLSUN!

RƏVANİ və ya MANNI ŞİRNİYATI



Ərzaq:

  • 4 yumurta
  • yarın su stəkanı duru yağ
  • 1,5 su stəkanı mannı
  • 1 su stəkanı şəkər
  • 1 su stəkanı qatıq
  • 2 su stəkanı un
  • 2 paket qabartma tozu
  • 1 paket vanel
  • yarım su stəkanı əkilmiş qoz

Şərbəti:

3 su stəkanı səkər+ 3 su stəkanı su

Hazırlanması:


  • Yumurta və şəkər yaxşıca çırpılır (rəvanini hazırlamazdan 3-4 saat əvvəl yumurtaları soyuducudan ıxarılır ki, yumurtalar şəkərlə daha tez cırpılsın).
  • Qalan ərzaq da əlavə edilib qarışdırılır və keks xəmiri kimi bir xəmir əldə olunur. 
  • Xəmir yağlanmış tavaya tökülür və 175C də üstü qızarana qədər bişirilir.
  • Bu miqdar cox böyük tavalar üçün deyil. 
  • Tavanız boyükdürsə yəni 24-24 böyüklükdədirsə ərzağın miqdarını bir az artırsanız yaxşı olar. Şərbət üçün şəkər və su qazda 15 dəqiqə qaynadılır. 
  • Altını söndürdükdən sonra 1-2 damcı limon suyu sıxılır şərbətə.
  • Rəvani bişdikdən sonra sobadan cıxardılır və üzərinə ilıq şərbət hər tərəfinə gəzdirilərək tökülür. Kakosla üzəri bəzənir.
  • Bu tərifi www.portakalagaci.com saytından aldım.

NUŞ OLSUN!

4/22/2011

Kremli Alma





ƏRZAQ:
  • 8 ədəd sarı alma
  • 8 çay qaşığı səkər
  • Yarım su stəkanı su

İci üçün:
  • 1 su stəkanı çəkilmiş qoz
  • 1 çay qaşığı darçın

Kremi üçün:
  • 1 lt süd
  • 1 su stəkanı şəkər
  • 1 yumurta
  • 3 qaşıq nişasta
  • 1 yemək qaşığı un






Hazırlanması:


  • Almaları soyub ortalarını çıxarın (alma oyucu ilə).  
  • Almaları bir qazana düzün oyuq olan hissəsinə 1 yemək qaşığı şəkər tökün. Yarım su stəkanı suyu üzərinə gəzdirin almaları dagılmamasına diqqət edərək bişirin. 
  •  Bişən almaları tək tək boşqablara qoyun, iclərinə darcınlı qozlu qarışımdan doldurun (ortasında acdığımız boşluğa). 
  • Soyuduqdan sonra bişirdiyiniz kremi üzerinə tökün darcınla bəzəyin. Bu tərifi www.yemekcini.typepad.com saytından aldım.


NUŞ OLSUN!