Sayfalar

8/19/2011

ETİMEK TATLISI


Görüntüsü və dadı ilə min ədəd dondurmaya dəyən bu şirniyatın
bişirdim zaman her kəs o qədər çox bəyəndi ki, her gələn qonağa demek olar ki bunu bişirməkdən zövq almaga başladəm. 

Xalamın qızının ad günündə tort əvəzinə mən bunu hazırladım, o ozü tortu hazır aldı. 
Əldə etdiyim məlumata görə torta baxan belə olmamış. Ondan sonra qərar verdim, evdə bişən yeməyin dadını heç nə vermir. Siz də hazırlayın əminəm ki, mənimlə eyni fikirdə olacaqsınız. Müvəffəqiyyətlər.

Unutmadan bir xəbərdarlıq:
Bu şirniyyat 4 künç qabda olur. Bir az da dərin olsa yaxşı olar. Çünkü şərbət və krem sürtərkən yanlara daşmasın. Bunu mən dxovkanın 4 künç tavasında edirəm. Amma o bir az böyük olduğu üçün 10 ədəd yerinə 20 ədəd etimek istifadə edirəm. İnanın bu qədər böyük görünməsinə baxmayın. Bunu bitirmək üçün sizə sadəcə 30 dəqiqə kifayətdir. Bu qədər tərifdən sonra inşallah yaxşı olar. Buyurun o məhşur şirniyatın tərifi.

Ərzaq:

10 ədəd duzsuz etimek
2 su stəkanı şəkər
3 su stəkanı su

Kremi üçün:
4 su stəkanı
4 təpələmə yemək qaşığı un
2 yemək qaşığı şəkər
2 paket vanel

Üstü üçün: 


1 su stəkanı süd (4 stəkandan əlavə)
1 paket krem şanti
kakos qoz

Hazırlanması:

Etimekləri tavaya yan yana düzürük.



3 su stəkanı suyu 2 su stəkanı şəkərlə qaynadırıq (Çox deyil qaynamağa başladıqdan 2 dəqiqə sonra altını söndürün). Qaynar halda etimeklərin üzərinə tökün.





Sonra 4 su stəkanı südü, unu, şəkəri bir birinə qarışdırıb krem halına gələnə qədər bişiririk. Bişirərəkən davamlı olaraq qarışdırın yoxsa un top top olar krem yaxşı olmaz. 



Kremin altını söndürdükdən sonra da durmadan 5-8 dəqiqə qarışdırın. Mikserlə də çala bilərsiniz. Kremi sərbətlə isladılmış etimeklərin üstünə töküb yayırıq.
 


Üstünə çəkəcəyimiz krem şantini də hazırlayırıq. 1 su stəkanı südlə, 1 paket krem şantini mikserlə qatı krem halına gələnə qədər çalırıq. Ən üst qatına da krem şantini çəkirik. Qozla və kakosla bəzəyirik. Bəzən darçın da səpirəm, bananda düzürəm. Əgər çiyələk mövsümüdürsə onu da kəsib düzə bilərsiniz.

NUŞ OLSUN!

Hiç yorum yok: