Ərzaq:
- 4 yumurta
- yarın su stəkanı duru yağ
- 1,5 su stəkanı mannı
- 1 su stəkanı şəkər
- 1 su stəkanı qatıq
- 2 su stəkanı un
- 2 paket qabartma tozu
- 1 paket vanel
- yarım su stəkanı əkilmiş qoz
Şərbəti:
3 su stəkanı səkər+ 3 su stəkanı su
Hazırlanması:
- Yumurta və şəkər yaxşıca çırpılır (rəvanini hazırlamazdan 3-4 saat əvvəl yumurtaları soyuducudan ıxarılır ki, yumurtalar şəkərlə daha tez cırpılsın).
- Qalan ərzaq da əlavə edilib qarışdırılır və keks xəmiri kimi bir xəmir əldə olunur.
- Xəmir yağlanmış tavaya tökülür və 175C də üstü qızarana qədər bişirilir.
- Bu miqdar cox böyük tavalar üçün deyil.
- Tavanız boyükdürsə yəni 24-24 böyüklükdədirsə ərzağın miqdarını bir az artırsanız yaxşı olar. Şərbət üçün şəkər və su qazda 15 dəqiqə qaynadılır.
- Altını söndürdükdən sonra 1-2 damcı limon suyu sıxılır şərbətə.
- Rəvani bişdikdən sonra sobadan cıxardılır və üzərinə ilıq şərbət hər tərəfinə gəzdirilərək tökülür. Kakosla üzəri bəzənir.
- Bu tərifi www.portakalagaci.com saytından aldım.
NUŞ OLSUN!
Hiç yorum yok:
Yorum Gönder