Ərzaq:
125 qr kərəyağı (və ya marqarin)
2 yemək qaşığı qaysı cemi
2 yemək qaşığı pudra şəkəri
1,5 yemək qaşığı kakos
1 ymurta (ağını üstünə sürtmək üçün ayırın)
1 çay qaşığı darçın
1 paket qabartma tozu
aldığı qədər un
Üstü üçün:
kakos
Hazırlanması:
Kərə yağı, qaysı cemi, pudra şəkəri, yumurta qarışdırılır. Darçın, kakos, qabartma tozu və aldığı qədər un ilə nə çox sərt, nə də çox yumuşaq olmayan xəmir yoğrulur. Qoz böyüklüyündə parçalar qoparıb əlimizdə yumurlayırıq, əvvəlcə yumurta ağına, sonra kakosa bulayıb (hər tərəfini deyil təkcə üst hissəsini) tavaya düzürük. 160 dərəcədə əvvəlcədən isidilmiş sobada (dxovkada) üstü az qızarana qədər bişirilir.
NUŞ OLSUN!
Hiç yorum yok:
Yorum Gönder