Azərbaycan mətbəxtində bulqur o qədər də bilinən bir ərzaq deyil. Amma keçmiş insanlar bunun nə olduğunu bilirlər. Bir dəfə bunu mən aldım və evdəkilərə sizə bulqur aşı dəmləyəcəyəm dedikdə, bunun nə olduğunu bilmədilər, bunu yemək olarmı dedilər. Bişirdikdən sonra süfrəyə gətirdikdə təkcə nənəm mən bu yeməyi bilirəm. O vaxtlar müharibə zamanı biz bundan çox bişirib yeyərdik dedi və ona o illəri xatırlatdı. O vaxtalar buna buğda yarması deyirlərmiş. Bulqur bir az da qreckaya oxşayır. Dadı çox gözəldir.
Ərzaq: (4 nəfərlik)
1.5 su stəkanı iri bulqur
1 yemək qaşığı kərə yağı ( və ya 3 yemək qaşığı bitki yağı)
1-2 ədəd soğan
1 ədəd kiçik kartof
yarım yemək qaşığı tomat (yay mövsümündə pamidor rəndələyə bilərsiniz)
2.5 su stəkanı su
duz, istiot (istəyə görə qırmızı pul bulər də olar)
Hazırlanması:
Qazanda soğanları və xırda doğranmış kartofları yağda yaxşıca qovururuq.Tomatı, bulquru və qırmızı pul bibəri də əlavə edib qovururuq. Sonra isti suyu və duzu töküb, suyunu çəkənə qədər bişiririk. Suyunu çəkdikdən sonra plovu taxta qaşıqla qarışdırırıq və üstünə düzəldirik. Qapağı ötülü vəziyyətdə 15-20 dəqiqə dəmlənir (dəmlənərkən altını söndürün öz buxarına dəmlənəcək) Sonra isti olaraq servis edilir.
NUŞ OLSUN!
1 yorum:
ela
Yorum Gönder