Sayfalar

3/04/2010

BADIMCAN KATLET





Bu yemeyin yanında plov (amma azərbaycan plovu deyil sade bişirilmiş plov) olduqda daha ləzzətli olur.


Ərzaq:

Katlet üçün:


300 qr çəkilmiş ət
1 yumurta
1 ədəd quru sogan
1-2 dilim boyat çörək (isladılıb, suyu sıxılmış)
1/2 çəfəri (dogranmış)
duz, istiot

2-3 ədəd badımcan
1 ədəd pamidor
2 ədəd bibər

Sosu üçün:
2 ədəd pamidor
1 çay qaşığı tamat
keklikotu, su

Hazırlanması:

Katlet üçün lazım olan ərzağı bir qabda qarışdırılır və 10-15 dəqiqə yaxşıca yoğrulur. 1-2 saat soyuducuda saxlanır. Badımcanlar ala-ala soyulur, uzun-uzun dilimlənir. üstünə duz səpilir və acısı cıxarılır. Yuyulur və təmiz bir dəsmalla qurulanır (sulu qızardılsa olmaz). Bol yağda qızardılır. Qızarılan badımcan dilimləri salfetkanin üzərinə qoyulur ki, yagını cəksin. Katlet qarışımından badımcanların sayisi qədər katlet d?zəldilir və qızardılır. Hər bir badımcan diliminin üzərinə bir katlet qoyulur və xalca durmələdiyimiz kimi bükülür, axıra qalan hissəsi altda qalacaq şəkildə tavaya qoyulur. üzərinə bibər dilimi, sonra pamidordan kəsdiyimiz dilimlər qoyulur və diş cöpü ilə tutdurulur. Rəndələnmiş pamidor,tamat, kəklikotu və su ilə hazırlanmış sosu üzərinə əlavə edib, 160-170 C də əvvəlcədən isidilmiş sobada bişirilir. (vaxti siz təyin edin, çünkü hər kəsin öz zövqü başqadır. Bəziləri çox qızardılmış istəyir bəzilər isə az.)

NUŞ OLSUN!

ŞƏKƏRPARƏ


Ərzaq
:

  • 1 paket marqarin
  • 1 su stəkanı pudra şəkəri
  • 4 yemək qaşığı mannı
  • 2 yemək qaşığı kakos
  • 2 yumurta
  • yarım portagal kabugu rəndəsi ( rəndə ilə rəndələyirik)
  • 4 su stəkanı un
  • 1 paket qabartma tozu
  • 1 paket vanel

şərbəti
üçün:


  • 3 su stəkanı şəkər4 su stəkanı su
  • yarım limonun suyu

üzərinə
:

  • təmizlənmiş fındıq dənəsi

Hazırlanması
:


  • 1 paket yumuşaq marqarin geri qalan ərzağı birlikdə qarışdıraraq yumuşaq xəmir əldə edirik. (unu yavaş yavaş əlavə edin, birdən xəmir bərk olar çarəsiz vəziyyətdə qalmayasınız). 
  • Xəmirdən az az alıb yumurtadan bir az böyük kundə şəkilində yuvarlayırıq.
  • Bir az əlimizlə yastı şəkilə salırıq.  
  • Tavaya düzürük üstünə fındıq ləpəsi batırırıq (paxlavada olduğu kimi).
  • Əvvəlcədən isidilmiş sobada (dxovkada bir az qızarana qədər bişiririk
  • Çox bişməsin ki, quruyar şərbəti özünə çəkməsi heç asan olmaz.

Şərbətin
hazırlanması:


  • 3 su stəkanı şəkəri 4 su stəkanı suyu qazanda qaynadırıq. 
  •  Qaynadıqdan 5 dəqiqə sonra yarım limonun suyunu əlavə edib bir az daha qaynadırıq
  •  Altını söndürüb ilıq olmasınını gözləyirik
  •  Şəkərparələr bişdikdən sonra sobadan çıxarırıq 3 dəqiqə sonra ilıq şərbəti şəkərparələrin üzərinə gəzdiririk (fikir verin şəkərparələr isti şərbət isə ilıq olmalıdır).  
  • Tavanın üzərinə qapaq ya başqa bir tava çeviririk. 
  •  Bu şərbəti daha yaxşı çəkməsi üçündür. 
  • Yeyəcəyiniz zamana qədər açmayın.  
  • Tərifi www.portakalagaci.com saytından aldım.

2/20/2010

İKİ RƏNKLİ RƏVANİ




ƏRZAQ:


  • 3 ədəd yumurta
  • 1,5 çay stəkanı qatıq
  • 1 çay stəkanı şəkər
  • 1 çay stəkanı duru yağ
  • 3 çay stəkanı un
  • 3 çay stəkanı mannı
  • 2 paket qabartma tozu
  • 3 yemək qaşığı kakao
  • 3 yemək qaşığı kakos

Şərbəti:


  • 4 su stəkanı şəkər
  • 4 su stəkanı su
  • limonun suyu

Hazırlanması:



  • Əvvəlcə 4 su stəkanı səkəri 4 stəkan suyu töküb şərbəti hazırlayaq. 
  • Sərbət qaynamağa başladıqdan 2 -3 dəqiqə sonra limon suyunu əlavə edib bir azda qaynadırıq sonra odda altını söndürüb soyuması gözləyirik. 
  • Bu müddət ərzində rəvaninin xəmirini hazırlayırıq. 
  • Yumurtaları şəkərlə ağarıb köpük olana qədər mikserlə ya qatıq calanla cırpırıq. 
  • Qatığı duru yağı əlavə edib qarışdırırıq. Unu, mannını qabartma tozunu qatıb bir az qarışdırırıq.
  • Yağlanmış dibinə şəkər səpilmiş tavaya qarışımı boşaldırıqş.
    Öncədən
    isidilmiş 200 c altı qızarana qədər bişiririk.  
  • Sobadan çıxardığımız tatlının üzərinə tökürük. 
  • Sonra şərbətini çəkib soyumuş tatlını bir stəkan köməyiylə yuvarlaq kəsirik. Kəsdiyimiz yerləri dağılmadan cıxarıb podnosa ya servis tabağına düzürük. 
  • Kəsilmiş yerlərdən artıq qalan hissələri cəngəllə əzirik kakaonu, kakosu əlavə edib qarışdırırıqş bu kakaolu qarışımı yuvarlaq kəsdiyimiz tatlıların hərəsinin üzərinə bir yemək qaşığı töküb yayırıq. 
  • Tatlıların üstünə findıq, qoz səpə ya krem şanti ilə bəzəyə bilərik. 
  • Bu tərifi www.tarifarsivleri.blogspot.com saytından aldım.

İÇLİ TATLI


Ərzaq:

(22 ədəd üçün)
Yarım su stəkanı süd
1 yumurta
200 qr yumusaq marqarin
3,5 su stəkanı
paket qabartma tozu
1 az duz

İçi üçün:

1,5 su stəkanı çekilmiş qoz (fındıq, badam)
1 çay qaşığı darçın

Şərbəti üçün:

4 su stəkanı su
4 su stəkanı şəkər
Yarım limonun suyu

Hazırlanması:

Əvvəlcə şəkər və suyu bir qazanda qaynadın. Qaynadıqdan sonar altını söndürün və yarım limon suyunu içinə qatın və qarışdırın. Xəmirin bütün ərzağını bir qabda qarışdırb orta yumuşaqlıqda xəmir yoğururuq. Xəmir 10 dəqiqə qalır. Qozdan bir az böyük kündələr qoparıb ovcunuzda ovursınız. Çəkilmiş qoz və darcını qarışdırırıq və bu qarışımdan bir cay qaşıgı ovcumuzda aşdığımız xəmirin arasına qoyub bükürük və tərs cevirib tavaya düzürük. Tavanı yağlamağa ehtiyac yoxdur. Xəmirin hamısın bu cür etdikdən sonar əvvəlcədən isidilmiş sobada az qızarana qədər bişiririk. Bişirdikdən sonar sıx sıx başqa tavaya və ya bir qaba düzürük. İlıq şərbəti sobadan çıxardığımız tatlını üzərinə tökürük.5 dəqiqə sonar tatlıları şərbəti yaxşı çəkməsi üçün bir bir tərs ceviririk. 10 dəqiqə sonar yenidən düz üzünü çeviririk. Bu vəziyyətdə 2 saat gözlədirik ki. Şərbətini yaxşıca çəksin. Sonra üstünə kakos töküb servis edirik.

Nuş Olsun !