ƏRZAQ:
- 8 ədəd sarı alma
- 8 çay qaşığı səkər
- Yarım su stəkanı su
İci üçün:
- 1 su stəkanı çəkilmiş qoz
- 1 çay qaşığı darçın
Kremi üçün:
- 1 lt süd
- 1 su stəkanı şəkər
- 1 yumurta
- 3 qaşıq nişasta
- 1 yemək qaşığı un
Hazırlanması:
- Almaları soyub ortalarını çıxarın (alma oyucu ilə).
- Almaları bir qazana düzün və oyuq olan hissəsinə 1 yemək qaşığı şəkər tökün. Yarım su stəkanı suyu üzərinə gəzdirin və almaları dagılmamasına diqqət edərək bişirin.
- Bişən almaları tək tək boşqablara qoyun, iclərinə darcınlı qozlu qarışımdan doldurun (ortasında acdığımız boşluğa).
- Soyuduqdan sonra bişirdiyiniz kremi üzerinə tökün və darcınla bəzəyin. Bu tərifi www.yemekcini.typepad.com saytından aldım.
NUŞ OLSUN!