Ne vaxtır yeni yazı yazmırdım. Bunun sebebi çoxdur..
Sebepləri yazmayım . Yazarsam burada yer qalmaz :))
Ama son vaxtlarda çoxlu keks bişirirem onu deye bilərəm.
Yəni en axırıncı bir ay ərzinde 3 ədət kek bişirdim..
Bunlardan en çox xoşuma gələninin tərəfini yazıp ziyaret edənlərdən üzr istəyirəm. :))
Ərzaqlar:
- 4 yumurta
- 1 stəkan şəkər (yəni 6 yemək qaşığı)
- 1 su stəkanı portağal suyu (mən olmadığı üçün limon limonatası istifadə ettim)
- 1 su stəkanı duru yağ
- 1 paket vanilya
- 1 paket qabartma tozu
- 2,5 stəkan un (xəmir nə çox sulu nə də çox qatı olmamalıdır un az olsa əlave edəbiləsiniz)
- 4 ədəd portağal
Hazırlanması:
- Yumurta və şəkəri mikserlə yaxşıca çırpırıq.
- Yağı, portağal suyu, vanilyanı də əlavə edib bir az daha cırpırıq.
- Sonra unu və qabartma tozunu ələyərək qarışığa əlavə edirik və yavaş yavaş karışdırırıq.
- Çox deyil, bir az qarışdırsaq kafi olar. Portağalın qabığını soyub əlimizin sərçə barmağı genişliyində (bir çoxumuzun sərçə barmağı geniş ola bilər o zaman o barmağın yanından az kiçik olacaq halqalar) halqa halqa kesirik.
- Hamısı eyni boyda olmur elbette halqaların. Böyük boyları istifadə edək sonra qalan kiçik boyları da qalan bəzi boşluqlara qoya bilərik.
- Böyük keks qabını (ərzaq çox olduğu üçün böyük kek qəlibi lazımdır) qatı yağla marqarin və ya kərə yağı fərq etməz yağlıyırıq.
- Hazırladıgımız karışımı tökürük, kəsdiyimiz portağalları düzürük.. (Şəkildə olduğu kimi)
- Necə dizildiğini göstərmək üçün əvvəl belə bir şəkil çəkdim və kiçik şirin bir əldən kömək aldım. Təbii ki belə düzməyiniz çətin olur.
- Bu şəkildə olduğu kimi düzürük.. Qarışığın hamısını tökürük qəlibə sonra dilimləri düzürük.. amma dibə doğru çox bastırmayın portağalları. Yüngülvari qoyun yuxarıda qalsada olar çünki keks qabaracagı zaman portağal onsuzda içə doğru batır portagallar.
- Əvvəldən isidilmiş 250 dərəcəli sobada təxminən 40-45 dəqiqə bişiririk..
- Keks qabarıb üzəri kızarınca diş çöpü ile yoxlayırık içi də bişmişmi deyə ..
- Diş çöpünü keke batırıb çıxarınca xəmir bulaşmamışsa keks hazırdır. Yox əgər diş cöpünün üzərinə xəmir yapışmışsa o zaman 5-10 dəqiqə daha gözləmək lazımdır bişməsi üçün ..
- Keks bişdiktən sonra sobadan alın 10 dəqiqə qədər gözləyin, sonra tərs çevirib qəlibdən çıxarın ..
- Yaxşıca soyuduqdan sonran yeye bilersiniz..
- Nuş Olsun !