Evdar izləyicilərinə bu gün dəyişik bir tərifimiz var. Türk mətbəxtinin Azərbaycan dovgasına bənzəyən çorbası Yayla çorbası var bu gün menümüzdə.
Dadı və hazırlanması bir az fərqli olan bu şorbanın tərifini rəsimli olarak sizə təqdim edirəm. Buyurun baxın, əgər xoşunuza gələrsə onda tezliklə mətbəxtin yolunu tutun...
Ərzaq:
1/2 stəkan yumru düyü ( yarım stəkan)
2 stəkan qatıq
1 yemek qaşığı un
1 yumurta
2 yemek qaşığı duru yağ (və ya kərə yağı)
duz
nanə
Hazırlanması:
Düyünü yuyub üstünə 2 litr su əlavə edib qaynamağa qoyuruq.
Düyü 20 dəqiqə qaynayıb həlimlənir.
Başqa bir qabda qatıq, yumurta və unu çalırıq.( şəkil 1)
Bu qarışımı qaynayan düyünün üstünə yavaş yavaş əlavə edirik və durmadan qarışdırırıq ki yumurtanın ağı və un isti suda bişib yumrulaşmasın.( şəkil 2)
Duzunu atırıq və 5-7 dəqiqə qaynadırıq, sonra ayrı bir qabda yağı azca qızdırırıq üzərinə nanə töküb bir az qovururuq (cox olmaz) ( şəkil 3)
Yagda qovrulmuş naneni bişən qatıqlı şorbanın üzərinə əlavə edib, altını söndürürük. (şəkil 4)
Artıq yayla şorbası hazırdır.
NUŞ OLSUN!