Bu yemeyin yanında plov (amma azərbaycan plovu deyil sade bişirilmiş plov) olduqda daha ləzzətli olur.
Ərzaq:
Katlet üçün:
300 qr çəkilmiş ət 1 yumurta 1 ədəd quru sogan 1-2 dilim boyat çörək (isladılıb, suyu sıxılmış) 1/2 çəfəri (dogranmış) duz, istiot 2-3 ədəd badımcan 1 ədəd pamidor
2 ədəd bibər
Sosu üçün: 2 ədəd pamidor 1 çay qaşığı tamat keklikotu, su
Hazırlanması: Katlet üçün lazım olan ərzağı bir qabda qarışdırılır və 10-15 dəqiqə yaxşıca yoğrulur. 1-2 saat soyuducuda saxlanır. Badımcanlar ala-ala soyulur, uzun-uzun dilimlənir. üstünə duz səpilir və acısı cıxarılır. Yuyulur və təmiz bir dəsmalla qurulanır (sulu qızardılsa olmaz). Bol yağda qızardılır. Qızarılan badımcan dilimləri salfetkanin üzərinə qoyulur ki, yagını cəksin. Katlet qarışımından badımcanların sayisi qədər katlet d?zəldilir və qızardılır. Hər bir badımcan diliminin üzərinə bir katlet qoyulur və xalca durmələdiyimiz kimi bükülür, axıra qalan hissəsi altda qalacaq şəkildə tavaya qoyulur. üzərinə bibər dilimi, sonra pamidordan kəsdiyimiz dilimlər qoyulur və diş cöpü ilə tutdurulur. Rəndələnmiş pamidor,tamat, kəklikotu və su ilə hazırlanmış sosu üzərinə əlavə edib, 160-170 C də əvvəlcədən isidilmiş sobada bişirilir. (vaxti siz təyin edin, çünkü hər kəsin öz zövqü başqadır. Bəziləri çox qızardılmış istəyir bəzilər isə az.)
NUŞ OLSUN!
(22 ədəd üçün) Yarım su stəkanı süd 1 yumurta 200 qr yumusaq marqarin 3,5 su stəkanı paket qabartma tozu 1 az duz
İçi üçün:
1,5 su stəkanı çekilmiş qoz (fındıq, badam) 1 çay qaşığı darçın
Şərbəti üçün:
4 su stəkanı su 4 su stəkanı şəkər Yarım limonun suyu
Hazırlanması:
Əvvəlcə şəkər və suyu bir qazanda qaynadın. Qaynadıqdan sonar altını söndürün və yarım limon suyunu içinə qatın və qarışdırın. Xəmirin bütün ərzağını bir qabda qarışdırb orta yumuşaqlıqda xəmir yoğururuq. Xəmir 10 dəqiqə qalır. Qozdan bir az böyük kündələr qoparıb ovcunuzda ovursınız. Çəkilmiş qoz və darcını qarışdırırıq və bu qarışımdan bir cay qaşıgı ovcumuzda aşdığımız xəmirin arasına qoyub bükürük və tərs cevirib tavaya düzürük. Tavanı yağlamağa ehtiyac yoxdur. Xəmirin hamısın bu cür etdikdən sonar əvvəlcədən isidilmiş sobada az qızarana qədər bişiririk. Bişirdikdən sonar sıx sıx başqa tavaya və ya bir qaba düzürük. İlıq şərbəti sobadan çıxardığımız tatlını üzərinə tökürük.5 dəqiqə sonar tatlıları şərbəti yaxşı çəkməsi üçün bir bir tərs ceviririk. 10 dəqiqə sonar yenidən düz üzünü çeviririk. Bu vəziyyətdə 2 saat gözlədirik ki. Şərbətini yaxşıca çəksin. Sonra üstünə kakos töküb servis edirik.